WhatsApp qrupuna zəng edənlərin sayı artacaq. Normalda WhatsApp-da eyni vaxtda 4 nəfər video və səsli zəng edə bilər, amma bu say artacaq.
Fins.az xəbər verir ki, tətbiqin son beta versiyasında video chat iştirakçılarının həddi iki dəfə artırıldı – səkkiz nəfərə qədər.
Bir çox xidmət – məsələn, Zoom və ya Skype – bir konfransa on və ya daha çox istifadəçini bağlamağa imkan verir. Whatsapp-da bunun üçün danışıq ekranında video zəng düyməsini istifadə etmək lazımdır.
©Banker