Dünyanın ən populyar foto hostinq platforması, Facebook Inc. kompaniyasına daxil olan Instagram ilə bağlı 2020-ci il yeni statistikanı təqdim edirik.
-Hər ay milyardlarla insan Instagram platformasına daxil olub.
- 500 milyon insan hər gün Instagram Stories-dən istifadə edir.
- Platformadan istifadə edən qadın və kişi nisbətində fərq nəzərəçarpan dərəcədə çox deyil. Belə ki, platformadan istifadə edənlərin 52%-i qadın, 48%-i isə kişidir.
- İstifadəçilərin 63%-i gündə 1 dəfə də olsun, Instagram-a daxil olur.
- 2020-ci ildə istifadəçilər gündə təxminən 28 dəqiqə platformada vaxt keçirəcəklər.
- İstifadəçilərin 200 milyon nəfəri gündə ən azı 1 dəfə Instagram-da biznes ilə bağlı səhifəyə baş çəkir.
- Instagram-da potensial reklam əhatə dairəsi 849 milyon insandır.
- Instagram-da ən populyar Storieslərin 1/3-i şirkətlər tərəfindən yaradılıb.
- 2020-ci ildə şirkətlərin 75,3%-i Instagram-dakı fəaliyyətlərini daha da inkişaf etdirəcəklər.
- Brendlər Instagram-da həftədə təxminən 2,5 stories paylaşır.
Instagram ilə bağlı hazırladığımız fmr videolara buradan baxa bilərsiniz.
© Facemark.az