DÜNYA

20 Aprel

Şahzadə Harri və Meqan Markl dörd ingilis nəşriyyatı ilə əməkdaşlığı dayandırırlar

Şahzadə Harri və Meqan Markl, həyatları ilə bağlı yalan xəbərlərin yayılması səbəbindən dörd ingilis nəşriyyatı ilə əməkdaşlığın dayandırıldığını rəsmi olaraq elan ediblər. Bunlar “Daily Mail”, “Mirror”, “Express” və “Sun” nəşrləridir.

Fins.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Guardian” məlumat verib.

“Şahzadə və onun həyat yoldaşı bundan sonra sizin nəşrlərinizlə əməkdaşlıq etməyəcək. Kütləvi informasiya vasitələri şahzadə və onun həyat yoldaşı haqqında müsbət və ya mənfi rəy söyləyə bilərlər, lakin bu məlumatlar yalana əsaslanmalı deyil”, – mesajda deyilir.

Harri və Meqan gəlir əldə etmək məqsədini daşıyan dedi-qodulara görə insanların, o cümlədən onların dostlarının həyatının məhv etdiyinin şahidi olduqlarını qeyd edirlər. Onlar digər nəşrlərlə əməkdaşlığın tam şəkildə davam edəcəklərini vurğulayıblar.

© Banker