Rusiyada koronavirusa yoluxanların yalnız 15%-i yaşı 60-dan yuxarı olanlardır.
Fins.az “Interfax”a istinadən xəbər verir ki, bunu İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə Federal Xidmətin sədri Anna Popova açıqlayıb.
“Pasiyentlərin 80%-i yaşı 60-dan aşağı olan şəxslədir. Eyni zamanda 5%-i uşaqlar və yalnız 15%-i yaşı 60-dan yuxarı olanlardır”, - sədr bildirib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 197 000-i ötüb. Bunların 557 618 nəfəri sağalıb, 147 512 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.