DÜNYA

16 Aprel

Qrenlandiya koronavirusa itkisiz qalib gəldi

Dünyada iki milyondan çox insanın koronavirusa yoluxduğu halda Qrenlandiya itkisiz infeksiyaya qalib gəldiyini bəyan edib.

“High North News” xəbər verir ki, aprelin 14-dən adada yeni koronavirusa yoluxma halı qeydə alınmayıb, daha əvvəl xəstələnən 11 nəfərin hamısı isə sağalıb.

Qeyd edək ki, Qrenlandiyada 900-dən çox insan koronavirus testindən keçib.