DÜNYA

16 Aprel

Tramp: ABŞ koronavirus pandemiyasının pik nöqtəsini geridə qoydu

Birləşmiş Ştatlar koronavirus pandemiyasının pik nöqtəsini aşdı.

“Ren TV” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Bizim strategiyamız çox əla işləyir. Lakin buna baxmayaraq ayıq-sayıq qalmalıyıq. Pandemiya ilə mübarizə davam edir, amma yeni məlumatlar onu göstərir ki, ümummilli səviyyədə yoluxma halları ilə bağlı pik nöqtəni geridə qoymuşuq”, - deyə dövlət başçısı əlavə edib.

Qeyd edək ki, ABŞ-da 620 minə yaxın insan koronavirusa yoluxub, 27 min nəfər isə onun qurbanı olub.