DÜNYA

15 Aprel

Amerikalılara veriləcək 1200 dollarlıq yardım qəbzləri üzərinə Trampın adı yazılacaq

ABŞ prezidenti Donald Tramp, xəzinədarlıqdan koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq amerikalılara 1200 dollarlıq yardım qəbzləri üzərinə öz adının yazılmasını tələb edir. Ölkənin Maliyyə Nazirliyi bu şərti qəbul edib.

Banker.az xəbər verir ki, bu haqda “The Washington Post” məlumat verib.

Bu o deməkdir ki, 1200 dollarlıq qəbzlər üzərində “prezident Donald C. Tramp” yazılacaq.

Qeyd edildiyi kimi, yardım gəlir səviyyəsi aşağı olan 70 milyon amerikalıya göstəriləcək.

Xatırladaq ki, mart ayının sonlarında ABŞ konqresi 2 trilyon dollar dəyərində olan stimullaşdırıcı tədbirlər paketini təsdiq edib. Yeni qanun layihəsi koronavirus infeskiyasından zərər çəkmiş amerikalılara dəstək olacaq – ailələrə 2400 dollar, hər uşağa 500 dollar yardım ediləcək. Gəlir səviyyəsi ildə 99 000 dollardan çox olan vətəndaşlara yardım göstərilməyəcək.