DÜNYA

14 Aprel

Instagram canlı yayım funksiyasını masaüstünə gətirir

Bu günlərdə koronavirus epidemiyasından dolayı milyonlarla insan Instagram-dakı canlı yayımları izləyir.

Fins.az-ın məlumatına görə, kontent istehsalçılarının və ifaçıların çoxu sosial məsafəni dəstəkləməkdən dolayı öz evlərində canlı yayımlar edir və mini konsertlər verirlər.

Son zamanlar şirkət Instagram-dan masaüstü istifadə üçün bir xeyli yeni funksiyalar əlavə edib. İndi onlara daha biri də əlavə edilib. Belə ki, Instagramdakı canlı yayımları indiyə qədər ancaq mobil platforma üzərindən baxmaq mümkün idi. Yeni funksiya ilə artıq bu yayımları Instagram masaüstü saytından da izləmək mümkün olacaq.

Xatırladaq ki, yaxın zamanda masaüstündə də istifadə ediləcək Canlı yayım funksiyası hələ ki açıq deyil. Bir müddətdir ki, Instagram canlı yayımları bir çox sahədə kontentə “ev sahibliyi edir”. Xüsusilə təhsil sahəsində kontentin vebdən izlənilməsi, istifadəçilərin platformada keçirdiyi vaxtı artıra bilər.

©Facemark.az