DÜNYA

14 Aprel

Apple və Google-dan koronavirusa qarşı birgə mübarizə - YENİ ADDIM

Onlar koronavirusa yoluxanların axtarışı üzrə yeni texnologiyanın üzərində çalışacaqlar.

Koronavirusa yoluxan xəstələrin izlənməsi üzrə Apple və Google yeni texnologiya üzərində birgə işləyəcək.

Facemark.az-ın məlumatına görə, bu haqda Apple şirkətinin rəsmi saytında məlumat verilib.

Bu yeni həll, sadəcə smartfondan istifadə edərək koronavirusa yoluxan insanlarla təmasda olanları tapmağa kömək edəcək. Və onlara 14 günlük karantinə getməyin vacibliyi barəsində xəbərdarlıq ediləcək.

Başlamaq üçün şirkətlər, Android və iOS cihazlarında, həmçinin səhiyyə sistemlərinin rəsmi tətbiqləri ilə qarşılıqlı əlaqəni təmin edəcək proqram interfeysi hazırlamalı olacaqlar.

Bu işin may ayında başa çatdırılması planlaşdırılır. İkinci mərhələdə isə Apple və Google daşıyıcılar ilə kontakta olanları izləmək üçün Bluetooth-platforması yaradacaqlar. Ancaq bu yeni platformanın üzərində isə işlər bir neçə ay çəkə bilər.

Texnologiya əməliyyat sisteminə inteqrasiya ediləcək. Elə buna görə də əlavə bir tətbiq yükləmənizə ehtiyac qalmayacaq. İstifadəçilər yeni həlldən yalnız özlərinin arzusu ilə istifadə edə biləcəklər.