DÜNYA

11 Aprel

Antiböhran paketi razılaşdırıldı

Fransanın İqtisadiyyat naziri Bryuno Le Mer bildirib ki, Avroqrup (Avrozonanın maliyyə nazirləri) koronavirusla bağlı yaranmış iqtisadi vəziyyətə cavab olaraq 500 milyard avro dəyərində böhran əleyhinə paketi razılaşdırıblar: “Avropa maliyyə nazirləri koronavirusa iqtisadi reaksiya barədə mükəmməl razılıq əldə ediblər. 500 milyard avro dərhal ayrılacaq”, – deyə nazir özünün “Twitter” hesabında məlumat yayıb.

Nazir əlavə edib ki, yaxın gələcəkdə Avropa iqtisadiyyatını stimullaşdırmaq üçün fond yaradılacaq. Xəbəri TASS yayıb.