Kanadanın Xarici İşlər naziri Fransua-Flipp Şampan və Maliyyə naziri Bil Morno birgə açıqlama yayıblar. Açıqlamada Kanada hökumətinin Səudiyyə Ərəbistanına silah satışı ilə bağlı qadağanı ləğv etdiyi bildirilib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb
Mənbə qeyd edir ki, hər iki nazir Səudiyyə Ərəbistanı ilə razılaşdırılan zirehli texnikanın satışı yeni müddəalara bağlı olduğunu bildirib. Kanada XİN rəhbəri vurğulayıb ki, yenilənmiş müqaviləni iki ölkə arasındakı münasibətlərin normallaşması kimi qəbul etmək lazım deyil: “Səudiyyə Ərəbistanının insan haqları mövzusunda mövqeyi bizi narahat edir. İnsan hüquqlarını müdafiə etməyə davam edəcəyik”.
Qeyd edək ki, Kanada Baş naziri Castin Trudo 2018-ci ilin oktyabrında jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra Səudiyyə Ərəbistanına silah satışını dayandırıb