DÜNYA

10 Aprel

Bu smartfon markası Rusiyada onlayn satışlar üzrə lider oldu

Sonuncu yarım illikdə Çin brendi Xiaomi onlayn smartfon satışları üzrə lider olub və özünün populyar rəqibləri olan Honor, Huawei-i ötüb keçib.

Fins.az-ın məlumatına görə, belə ki, keçən ilin sonunda brend rəqibini sözün həqiqi mənasında 1% qabaqlamışdısa, fevralda aradakı fərq xeyli artmışdı.

Rusiyada satılan smartfonların 25%-i Xiaomin-nin, 21%-i isə Honor-un payına düşüb. Martda Xiaominin satışlar üzrə payı 23%-ə qədər geriləmişdi, ancaq bu onu liderlikdən saxlamadı. İkinci yerdə (22,6%) Samsung, üçüncü yerdə isə Honor (19,6%) qərarlaşıb. Əgər Honor-a Huawei-in qalan smartfonlarını əlavə etsək, o zaman bu brendlər ikisi birlikdə bazarın 27,5%-ni əhatə edəcəklər.

Ancaq bu iki devays bazarda fərqli şəkildə mövqeləniblər. Ona görə də, onların statistikalarını birləşdirmək olmur. Belə ki, Huawei brendi altında daha bahalı smarfonlar, texnoloji irəli çəkilmiş apparatlar satır. Honor isə daha uyğun büdcəlidir və gənc auditoriyaya xitab edir.

Xiaomi isə bazarda daha aqressiv qiymət siyasəti yeridir. Şirkətin modellərinin çox hissəsi qadjet kateqoriyası üzrə satılır və qiyməti 10 000 rubla qədər olur. Ümumi bazarı götürsək, Xiaomi satılan (internetdə satışlar, ənənəvi satışlar) devayslar üzrə üçüncü yerdə qərarlaşıb.

Şirkət, eyni zamanda, marketinqin inkişaına daha çox sərmayə qoyub və Rusiyada cihazların tanıtımı üzrə reklam xərclərini artırıb. Xiaomi, eyni zamanda bazarda istifadəçilər üçün fərqli aksiyalar həyata keçirir. Məsələn, 2 smartfon alana 1-i hədiyyə, yaxud ağıllı Mi Band qurğusu, naqilsiz qulaqcıqlar hədiyyə edilir.

@facemark.az