DÜNYA

09 Aprel

Boris Consonun səhhəti ilə bağlı növbəti AÇIQLAMA

Koronavirusa yoluxmuş Böyük Britaniyanın Baş naziri Boris Consonun səhhəti ilə bağlı növbəti açıqlama verilib.

Bu barədə Böyük Britaniyanın Mədəniyyət naziri Oliver Douden BBC televiziyasına danışıb.  

“Baş nazirin vəziyyəti, dünən də açıqladığımız kimi, stabil şəkildə inkişafa davam edir. Buna görə də hər şeyin daha yaxşı olacağını düşünürəm”, - nazir bildirib.