DÜNYA

08 Aprel

“WhatsApp”dan - Yeni məhdudiyyət

“WhatsApp” koronavirusla bağlı saxta xəbərlərlə mübarizə üçün bir mesajı digərinə göndərmək funksiyasını məhdudlaşdırıb.

Facemark.az-ın məlumatına görə, The Verge portalı yazır ki, indi populyar messencer üzərindən mesajı yalnız bir nəfərə göndərmək mümkün olacaq.

Bu, yenilik bir insandan beş və daha çox insana zəncir kimi ötürülən informasiyalara toxunur. Beləliklə, messencer koronavirus-COVID-19 ilə bağlı saxta xəbərlərin sürətlə yayılması tezliyini aşağı salmış olur. Məqsəd isə istifadəçiləri belə məlumatlardan mühafizə etməkdir. Doğrudan da bu funksiya bir məlumatın daha sürətlə çox insana çatmasına səbəb olurdu.
İstehsalçılardan deyiblər ki, onlar əmindir ki, insanlar bir-birilərilə messencer üzərindən faydalı informasiyalar, eləcə də video və giflər göndərirlər. Son həftələr isə platformanın istifadəçiləri səhiyyə sektorunda çalışanları WhatsApp üzərindən müdafiə ediblər.

Ancaq bütün bunlarla paralel olaraq WhatsApp nümayəndələri aşkar edib ki, feyk xəbərlərin sayında kəskin artım olub. İstehsalçılardan deyiblər ki, belə istifadəçilər nəinki serveri yükləyir, eyni zamanda insanlara saxta məlumatlar yayır. Messencerin nümayəndələri ona görə, belə qaydanı tətbiq edib ki, insanlar şəxsi söhbələrə də yer ayırsınlar.

Daha əvvəl şirkət bir xəbərin rəsmən 256 nəfərə göndərilməsinə şərait yaratmışdı. 2018-ci ildə isə messencer bu praktikanı da məhdudlaşdırmaq qərarına gəlmişdi. Ötən il isə bir xəbərin yalnız 5 nəfərə qədər göndərilməsinə qərar verilmişdi.
Qeyd edək ki, bu messencerin saxta xəbərlərin yayılmasının qarşısını almaq üçün atdığı ilk addım deyil. Belə ki, daha əvvəl WhatsApp -da koronavirus infeksiyası ilə bağlı daha etibarlı məlumatlar verən botlar işə düşmüşdü.