DÜNYA

08 Aprel

10 illik müqavilə bağlanıb

Rusiyanın “Rosatom” şirkəti Misirin Atom Enerjisi Təşkilatı ilə “Əl-Dabaa” atom elektrik stansiyasının (AES) reaktoru üçün az zənginləşdirilmiş nüvə yanacağının uran və alüminium komponentlərinin tədarükünə dair onillik müqavilə bağlayıb. Bildirilir ki, yaxın gələcəkdə istismara veriləcək AES-in 4 reaktorunun nüvə yanacağını məhz “Rosatom” təmin edəcək.

Qeyd edək ki, Rusiya ilə Misir arasında nüvə enerjisi sahəsində əməkdaşlıq 2014-cü ildə başlayıb. Məlumatı “Al Arabian” yayıb.