Koronavirus pandemiyasının yaratdığı dəhşətli qlobal mənzərə ilə bağlı dünyaca məşhur siyasətçi, ABŞ-ın keçmiş dövlət katibi, Nobel Sülh mükafatçısı, 97 yaşlı Henri Kissincer “The Wall Street Journal” nəşrində aşağıdakıları bildirib:
– Koronavirus hər kəsə görünməmiş miqyasda və azğınlıqla zərbə endirdi. Onun yayılması partlayış səviyyəsində ölçülə bilər. Bu açıqlamanın yazıldığı anlarda belə xəstəliyin müalicəsi hələ tapılmayıb. Xəstəlik hallarının dalğasının qarşısının alınması üçün tibbi ehtiyatlar çatışmır. İntensiv terapiya bölməsi öz hüdudları xaricində və həddindən artıq yüklənmiş vəziyyətdə çalışır. Virusa qarşı peyvənd isə hələ 12--18 aydan sonra ortaya çıxacaq. Henri Kissincer daha sonra bildirib: “Epidemiyanın müvəqqəti xarakter daşıyacağına ümid bəsləməklə yanaşı, qeyd etməliyik ki, koronavirusun törətdiyi siyasi və iqtisadi fəsadlar uzun illər boyu təsirini göstərəcək. Heç bir ölkə, hətta ABŞ belə sırf milli imkanlarla koronavirusa qalib gələ bilməz. Hazırkı anda qəbul olunacaq zəruri qərarlar qlobal birgə proqrama və təsəvvürə söykənməlidir. Əgər biz bunu tandem olaraq həyata keçirməsək, o zaman bütün maddələr üzrə ən pis ssenariyə hazır olmalıyıq.”