Facebook korporasiyası cütlüklər üçün yeni əlavəsini olan Tuned-i təqdim edib.
Facemark.az-ın məlumatına görə, bu haqda The Verge nəşri yazır.
Xidmətin yaradıcılarından izah edirlər ki, bura elə bir yerdir ki, iki nəfər, cütlük bir-birilərinə sevgilərini yaradıcı şəkildə ifadə edə bilərlər. Burada sevgililər özəl xəbər lentini (birlikdə gündəlik saxlaya), bir-birilərinə foto, qeyd, səs yazısı, stiker və Spotify üzərindən musiqi göndərə bilərlər.
Hələ ki, tətbiq iOS üzərindən əlçatandır. Platforma pulsuzdur, Facebook qeydiyyatı tələb olunmur.
Ekspertlər isə deyir ki, Facebook TikTok ilə aralarında artan rəqabət fonunda yeni xidmətləri sınamaq məcburiyyətindədir.
Məsələn, daha əvvəl memelərin hazırlanması üçün Whale platformasını yaratmışdı. Burada şəkillərinizin üzərinə mətn və effektlər əlavə edə bilərsiniz. Bundan əlavə, şirkət qısa videoların redaktəsi üçün Lasso adlı proqram da işləyib hazırlamışdı. Burada istifadəçilər səsli çarxa 15 saniyəlik kliplər yaza və onu sosial şəbəkələrdə dostları ilə paylaşa bilərdi.