DÜNYA

30 phrase_var_core.january

IKEA Çindəki bütün mağazalarını müvəqqəti bağladı

IKEA mebel mağazaları şəbəkəsi Çinin ərazisindəki bütün mağazalarını müvəqqəti bağlayıb.

Fins.az xəbər verir ki, belə bir qərar şirkətin rəhbərliyi tərəfindən ölkədə aşkar edilmiş koronavirusun yeni növü olan 2019-nCoV görə olub.

Məlumatda bildirib ki, mağazaların-sadəcə 30 dənəsi, ötən həftənin cümə axşamından bəri bağlıdır. Buna baxmayaraq şirkətin internet-mağazası və müştəri mərkəzləri öz işlərini davam etdirəcək. Şirkət epidemiya ilə bağlı hər şeyi yaxından izləyir.

IKEA-dan isə Çində mağazalarının bağlanması ilə bağlı deyiblər ki, “gələcəkdə vəziyyətdən asılı olaraq mağazaların bərpası haqqında ictimaiyyətə məlumat verəcəyik”.

Xatırlatmaq yerinə düşər ki, daha əvvəl koronavirusa görə, Starbucks şirkəti Çindəki 2000-dən çox qəhvə evlərini bağlamışdı. Bu isə Amerika müəssisəsinin Çindəki şəbəkələrinin yarısından çoxu deməkdir.

30 yanvar, rəsmi məlumata görə isə, yeni koronavirusa yoluxanların sayı 7711 nəfərə çatıb, 170 nəfər isə həyatını itirib. Amma Çində belə şübhəli hadisələrin sayı isə 12 000-i keçib. Ən azı isə 99 693 nəfərin virusa yoluxan ilə yaxın təması var idi.

©Facemark.az