DÜNYA

29 phrase_var_core.january

Avropanın ən zəngin adamı bir gündə $3 mlrd. zənginləşdi

Avropanın ən zəngin adamı olan Bernar Arno milyarderlərin qlobal reytinqində ikinci yeri ala bilər. Xatırladaq ki, hal-hazırda dünyanın ikinci ən zəngin adamı Bill Qeytsdir.

Fins.az xəbər verir ki, bunun səbəbi LVMH şirkətinin rekord maliyyə göstəriciləri olub.

Cümə axşamı günü fransız milyarderin sərvəti təxminən 2,9 milyard dollar artıb və bu, 2019-cu il üçün rekord göstəricidir.

“Forbes Real-Time” reytinqinə əsasən, günün sonunda LVMH-in səhmləri 2,74% artdıqdan sonra Arnonun sərvəti 108,7 milyard dollar dəyərində qiymətləndirilib. Şirkətin verdiyi məlumata görə, 2019-cu ildə satışların həcmi 60 milyard dollar (53,7 milyard avro) təşkil edib ki, bu da 2018-ci il ilə müqayisədə 15% çoxdur. Ən gəlirli sahə geyim və dəridən hazırlanmış malların istehsalı olub – 22,2 milyard dollar.

Sərvətin artmasına baxmayaraq, Bernard Arno dünyanın ən zəngin adamları reytinqində hələdə üçüncü yerdədir.

©Banker