Yandex axtarış sisteminin “çökməsində” kənar şirkətlər günahkardı.
Fins.az xəbər verir ki, bu haqda Yandex şirkətinin rəsmiləri məlumat yayıb.
Məlumata görə, hazırda axtarış sistemi normal rejimdə işləyir: “İstifadəçilərin poçt xidmətləri ilə bağlı yaşadığı problem “Yandex.Poçta” tətbiqinə yalnız Yandex hesabını deyil, digər poçt xidmətlərinin də hesabını əlavə edilməsi ilə əlaqədardı. Bu servislərdə mövcud problem axtarış sisteminə çətinliklər yaradır. “Yandex.Poçta” xidmətinə daxil olarkən, yalnız Yandex hesabını deyil, eyni zamanda digər poçt hesablarını da əlavə etmək mümkündür. Bu zaman kənar şirkətlərin servislərində olan mövcud problem axtarış sistemində də çətinlik yaradır”.
Məlum olduğu kimi, bu həftənin əvvəlində Yandex axtarış sistemi “çökmüşdü”. İstifadəçilərin 52%-i poçt xidmətlərinə daxil ola bilmədiyini, 39%-i Yandex-in rəsmi saytında fayl yükləyə bilmədiyini, 7%-i isə “Yandex.Denqi” xidmətinin işləmədiyini qeyd etmişdilər.
©Ted