Amerika Senatı Respublikaçıların planını qəbul edərək, prezident Donald Trampa qarşı istefa davası qaydalarını təsdiq edib
Senat 47 səsə qarşı 53 səs çoxluğu ilə Miç Mek Konnel proses planını qəbul edib. Plan parlamentin aşağı palatasının prosesə əsas verən arqumentlərini ən geci çərşənbə günü təqdim etməli olduqlarını tələb edir.
Bu hadisə Senatda Respublikaçıların Demokratların Xarici İşlər Nazirliyindən sənədlər tələb etmələrinin qarşısını aldıqdan sonra baş verib.
Qeyd etmək lazımdır ki, ABŞ-da siyasi böhranın hökm sürdüyü bir vaxtda Donald Tramp tvitter hesabında paylaşım edib: "Davosda böyük irəliləyişlər əldə edilib. Ciddi sayda şirkətlər ABŞ-a gələcək və ya çıxacaq. Ən güclü iqtisadiyyat! İŞ YERLƏRİ, İŞ YERLƏRİ, İŞ YERLƏRİ!"