Ukraynalı biznesmen, Kiyev “Dinamo”sunun sahibi İqor Surkis və onun qardaşı, Ali Rada deputatı Qriqori Surkis Ukraynanın keçmiş Prezidenti Petr Poroşenkodan London Beynəlxalq Arbitraj Məhkəməsinə şikayət ediblər.
Fins.az-ın məlumatına görə, “Zerkalo nedeli” nəşri yazır ki, Surkis qardaşları və Ukraynanın keçmiş Prezidenti “1+1” telekanalının aksiyalarının alışı zamanı 140 milyon dollarlıq sövdələşmə bağlayıblar. Həmin vaxt Ukrayna Prezidenti olan Poroşenko biznesmenlərə kanal aksiyalarının 25%-ni almağı təklif edib, lakin tezliklə fikrindən daşınıb. O, bu qərarı alış-veriş müqaviləsinin imzalanmasından sonra verib.
Qeyd edilir ki, sövdələşmənin İngiltərədə bağlanması səbəbindən Surkislər Londonda yerləşən məhkəməyə müraciət ediblər. Sözügedən işlə bağlı ilk məhkəmə iclası bu ilin may ayına planlaşdırılıb.