DÜNYA

15 Yanvar

"ABŞ Huawei-yə yeni məhdudiyyət tətbiq etməyə hazırlaşır"

Fins.az "Reuters"ə istinadən xəbər verir ki, ABŞ Ticarət Nazirliyi, Çinin texnologiya şirkəti Huawei-yə, məhsul dəyərinin 25%-dən çoxunu ABŞ mənşəli komponentlərin təşkil etməsi vəziyyətində ixracatı məhdudlaşdırmağa imkan verəcək bir qanun layihəsi hazırlayıb. 

 

Qanunun qəbul olunması vəziyyətində, ABŞ, Huawei məhsullarının dəyərinin 25%-indən çoxu ABŞ-da istehsal edilən ehtiyat hissələrindən ibarət olarsa bu hissələrin Çinə ixracına mane ola bilər. 
 

Mənbələrə görə, söz mövzusu qanun qarşıdakı həftələrdə qəbul edilə bilər.