DÜNYA

14 Yanvar

“Microsoft” şirkəti “Windows 7” sisteminə dəstəyini dayandırır

“Microsoft” şirkəti bu gündən “Windows 7” əməliyyat sisteminə dəstəyini dayandırır.

Fins.az xəbər verir ki, bu barədə şirkətin rəsmi saytı məlumat yayıb.

“Windows 7”yə olan dəstəyin dayandırılmasından sonra proqram işləməyə davam edəcək, lakin “Microsoft” texniki dəstək, proqram və təhlükəsizlik yeniləmələrini həyata keçirməyəcək.

“Microsoft” xəbərdarlıq edir ki, proqram təminatı və təhlükəsizlik yeniləmələri olmadan kompüterlərdə virus risklərinin artması ehtimalı var.

Şirkət istifadəçilərin təhlükəsizliyini nəzərə alaraq tövsiyə edir ki, yeni kompüterlər “Windows 10” sisteminə keçsinlər.