İngiltərənin “Expanscape” şirkəti dünyada analoqu olmayan yeddi ekranlı noutbuk nümayiş etdirib. “Aurora 7” adlı bu yeni qurğu bilavasitə peşəkarların istifadəsi üçün yaradılıb. Prototiv kompüterin çox da ağır olmayan korpusu və beş ekran bərkidilmiş əsas ekranı var. Yeddinci ekran isə devays klaviaturasının altında yer alıb. Dörd ekranın diaqonalı 17,3 düym, qalan üç ekranın diaqonalı isə 7 düymdür. Xəbəri “Lenta.ru” yayıb.