Cənubi Koreyanın xarici işlər naziri Kan Qyon Xva və ABŞ-ın dövlət katibi Maykl Pompeo yanvarın 14-də San-Fransiskoda Koreya Xalq Demokratik Respublikası ilə raket-nüvə məsələsinin nizamlanmasını, ikitərəfli əlaqələr problemini və Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə edəcəklər.
Fins.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici siyasət idarəsinin nümayəndəsi Kim İn Çxol bildirib.
"Görüş Koreya Respublikası və ABŞ arasında ittifaqın güclənməsinə, həmçinin regional və qlobal səviyyələrdə əməkdaşlığın aktivləşməsinə imkan yaradacaq", - deyə diplomat vurğulayıb.
O, bildirib ki, Yaponiyanın xarici işlər naziri Tosimisu Moteqi də San-Fransiskoya gələcək. Yaponiyanın xarici siyasət idarəsinin rəhbəri amerikalı və Cənubi Koreyadan olan həmkarları ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.
© Report