DÜNYA

09 Yanvar

Zelenski istefa barədə danışdı

Ukrayna Prezidenti Vladimir Zelenski öz postunu təhvil verə biləcəyini deyib.

Fins.az xəbər verir ki, Ukrayna başçısı bildirib ki, qan tökülməsinin qarşısını almaq məqsədilə istənilən vaxt vəzifəsini tərk edə bilər.

O, kütləvi etirazlardan qoxmadığını bildirib:

“İstənilən vaxt, istənilən saniyə əgər ictimaiyyət mənim və komandamın işi davam etməyini istəmirsə, qan tökülməyəcək”.

© OXu.az