DÜNYA

09 Yanvar

Şahzadə və həyat yoldaşı krallığın imtiyazlarından imtina etdilər - GÖZLƏNİLMƏZ QƏRAR

Britaniya şahzadəsi Harri və həyat yoldaşı, amerikalı aktrisa Meqan Markl kral ailəsi üzvləri səlahiyyətlərindən imtina etmək və kral evindən maddi cəhətdən müstəqillik əldə etmək niyyətlərini açıqlayıblar.

TASS-ın məlumatına görə, bu barədə qərarı Sasseks şahzadəsi və hersoq özlərinin “Instagram” hesabında elan ediblər.

“Aylarla düşünmə və daxili müzakirələrdən sonra bu il bu qurumda yeni mütərəqqi rol oynamağa başlamaqla dəyişiklik etmək qərarına gəldik. Kral ailəsinin “böyük” üzvləri olaraq fəaliyyətimizi dayandırmaq və maliyyə cəhətdən müstəqil olmaq üçün işləmək niyyətindəyik. Bu müddətdə əlahəzrət kraliçanı tamamilə dəstəkləməyə davam edəcəyik”, - deyə bəyanatda bildirilir.

Taxt varisliyində altıncı yerdə olan şahzadə Harri və Meqan Markl gələcəkdə Birləşmiş Krallıqda və Şimali Amerikada yaşamaq niyyətlərini açıqlayıblar.