DÜNYA

09 Yanvar

"ABŞ-ın Orta Şərq neftinə - EHTİYACI YOXDUR"

"ABŞ-ın Orta Şərq neftinə ehtiyacı yoxdur".

Fins.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında bildirib.

"Bu gün ABŞ dünyanın ən böyük neft istehsalçısına çevrilib. Bizin Orta Şərq neftinə ehtiyacımız yoxdur",- Tramp bildirib.

İranın İraqdakı ABŞ bazalarına raket hücumu təşkil etməsinin ardından ABŞ Prezidenti Donald Tramp ilk dəfə kameraların qarşısına çıxıb. Tramp, "Dünən axşamkı hücumda heç bir ABŞ-lı zərər görməmişdir. Hərbi bazalarımızda yalnız minimal bir ziyan meydana gəlmişdir. İraqlı ya da ABŞ-lı heç kim zərər görməyib" deyib.

© FED