DÜNYA

08 Yanvar

Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 21,7 milyard dollara çatıb

2019-cu ildə Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 21,7 milyard dollara çatıb.

Fins.az xəbər verir ki, bu barədə Vladimir Putinin İstanbula rəsmi səfəri üçün hazırlanan hesabatda bildirilir.

Məlumata əsasən, 2019-cu ildə ötən ilə nisbətən ölkələr arasında ticarət dövriyyəsi 2,5 faiz artaraq, 21,7 milyard dollar təşkil edib.

Həmçinin, Türkiyədən Rusiyaya ixracın 15,4 faiz artdığı qeyd olunub.  

Ölkələr arasında investisiya yatırımı 10 milyard dollar təşkil edib.