2019-cu ilin noyabr ayında ABŞ-ın xarici ticarət balansının kəsiri 43,1 milyard dollar təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 8,2% az olmaqla 3 illik minimumu yeniləyib.
Fins.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, ekspertlər sözügedən göstəricinin 43,7 milyard dollar təşkil edəcəyini proqnozlaşdırırdı.
Hesabat ayında ABŞ-ın idxalının dəyəri 1% azalaraq 251,7 milyard dollar, ixracının dəyəri isə isə 0,7% artaraq 208,6 milyard dollar olub.
© Report