Ukrayna Radasının “Müxalif platforma – Həyat üçün” partiyasından olan deputatı Yuri Boyko ölkənin dövlət borcunun son üç ayda 717 milyon dollar artdığını bildirib.
Fins.az xəbər verir ki, millət vəkilinin sözlərinə görə, bu borc hökumətin və Milli Bankın apardığı siyasət üzündən artıb. “Bundan başqa, itirilən gömrük rüsumları, dövlət istiqrazları ilə spekulyasiyalar və bunun nəticəsində milli valyutanın "möhkəmlənməsi" də ölkə büdcəsini bəzi vəsaitlərdən məhrum etdi. Bu isə borcun artmasına səbəb oldu.Ölkə üçün həyati əhəmiyyətli ödənişləri kəsmək lazım oldu”, - deyə Boyko əlavə edib.
O qeyd edib ki, bütün bu göstəricilər Ukraynanın 2020-ci il dövlət büdcəsini ciddi şəkildə dəyişməyi vacib edir.
© Qafqazinfo