DÜNYA

08 Yanvar

ABŞ aviaşirkətlərinə İran və İraq üzərindən uçuşlar - QADAĞAN OLUNUB

ABŞ-ın aviaşirkətlərinə İran, İraq, Fars körfəzi və Oman körfəzi üzərindən uçuşlar etmək qadağan olunub.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Mülki Aviasiya Federal İdarəsinin məlumatında deyilir.

Bildirilir ki, qadağa Yaxın Şərqdə hərbi aktivliyin və siyasi gərginliyin artması ilə əlaqədardır.

Qeyd edək ki, iranlı general Qasim Süleymaninin öldürülməsinə cavab olaraq İranın İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı bazasına və ölkənin qərbindəki Ayn əl-Əsəd hərbi-hava bazasına raket zərbələri endirib.

©Azərtac