DÜNYA

07 Yanvar

Türkiyə kartof və soğanın xaricə satışını məhdudlaşdırdı – SƏBƏB

Türkiyəli istehsalçılar quru soğan və kartofu icazə alaraq ixrac edə biləcəklər.

Türkiyə Ticarət Nazirliyi "İxracı Qadağan və İcazəyə Bağlı Mallar" qaydasında dəyişiklik edib.

Fins.az  xəbər verir ki, edilən dəyişikliyə görə, kartof və quru soğanın xaricə satışı məhdudlaşdırılır. 

Bu gün "Rəsmi Qəzet"də dərc olunan qərara görə, kartof və quru soğan ixrac etmək istəyən istehsalçılar razılıq almaq üçün Kənd Təsərrüfatı və Meşə Nazirliyinə müraciət etməlidirlər.

2018-ci ilin sonunda qiymətləri artan və 2019-un ilk aylarında qiyməti 8-10 TL təşkil edən quru soğan və kartofda bu il də bənzər bir qiymət artımlarının yaşanmaması üçün söz mövzusu addımın atıldığı təxmin edilir.

© Marja