DÜNYA

28 Dekabr

ABŞ “Lufthansa”nı cərimələyib

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Almaniyanın “Lufthansa” şirkətinə cərimə təyin edib.

Fins.az xəbər verir ki, şirkətə rəsmi cavab verməsi üçün müəyyən olunmuş 30 günlük möhlət dekabrın 27-də başa çatıb.

“ABŞ Federal Aviasiya Administrasiyası “Deutsche Lufthansa AG” təyyarə şirkətinə federal aviasiya qaydalarına uyğun gəlməyən, güman ki, 900-dək uçuşun icra etdiyinə görə 6,428 mln dollar məbləğində mülki cərimə təyin edir”, - FAA-nın açıqlamasında qeyd olunur.

Belə ki, “Lufthansa”nın FAA-dan müvafiq icazə almadan Filadelfiya və San-Dieqo şəhərlərinin hava limanlarına uçuşlar həyata keçirdiyi bildirilir. Halbuki mövcud qaydaya görə, əcnəbi aviaşirkətlər yalnız FAA-nın müvafiq siyahılarında göstərilən hava limanlarına müntəzəm reyslər təşkil edə bilər.

© Report