DÜNYA

28 Dekabr

Zelenski generalı hərbidən uzaqlaşdırdı

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Vasili Qritsakı hərbi xidmətdən uzaqlaşdırıb.

Fins.az xəbər verir ki, bu barədə dövlət başçısının saytında yazılıb.

“Ukrayna ordusunun generalı Vasili Sergeyeviç Qristak hərbi geyim formasının daşınması hüququyla bağlı təşkilat tədbirlərinin keçirilməsi ilə əlaqədar hərbi xidmətdən Ukrayna Təhlükəsizlik Xidmətinin ehtiyatına buraxılsın”, - deyə sərəncamda bildirilir.

Xatırladaq ki, Qritsak bu ilin avqustunda vəzifəsindən kənarlaşdırılmışdı.