DÜNYA

27 Dekabr

Qazaxıstanda matəm elan edilib

lmatıda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin xatirəsinin yad etmək məqsədi ilə dekabrın 28-i Qazaxıstanda ümummilli matəm günü elan olunub.

Fins.az xəbər verir ki, bunu Qazaxıstan prezidentinin mətbuat katibi Berik Kurmanqali bildirib.

Ölkə Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb.Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. 

Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Komitəsinin nümayəndəsi Nursultan Nuraxmetov deyib ki, qəza nəticəsində 12 nəfər ölüb, 49 nəfər xəsarət alıb. 

© Report