DÜNYA

27 Dekabr

Yaponiyanın 7,5 ,5 milyardlıq layihələri

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Yaponiyada rəsmi səfərdədir.

Fins.az  xəbər verir ki, səfərin birinci günündə Şövkət Mirziyayev Yaponiya parlamentinin aşağı palatasının sədri Tadamori Osimo, Baş nazirinin müavini, Maliyyə naziri Taro Aso, həmçinin JETRO, JICA, JABIC, NEDO, JOGMEC, “Mitsubişi”, “Itochu”, “Sumitomo”, “Marubeni” və “Isuzu” kimi şirkətlərin rəhbərləri ilə görüşüb.

Şövkət Mirziyayevin Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) prezidenti Siniçi Kitaoku ilə görüşündə qeyd olunub ki, hazırda JİCA-nın Özbəkistanda həyata keçirdiyi birgə layihələrin dəyəri 4 milyard dollardan çoxdur.

Görüşdə 3,5 milyard dollar həcmində uzunmüddətli Əməkdaşlıq Proqramı da razılaşdırılıb. Bu proqram energetika, sənaye, kənd təsərrüfatı, ekologiya, səhiyyə, infrastruktur və digər sahələri əhatə edəcək.