Qazaxıstan 2020-ci ildə Dubayda keçiriləcək “Zehinləri birləşdirmək, gələcəyi yaratmaq” mövzulu EXPO-2020 sərgisinə 9 milyard təngə (23 753 788 ABŞ dolları) xərcləyəcək.
Fins.az xəbər verir ki, sərgidə Qazaxıstan pavilyonunun hazırlıq işləri görülür. Pavilyonun hazırlanması üçün əvvəlki illərdə dövlət büdcəsindən təxminən 9 milyard təngə ayrılıb.
Qeyd edək ki, 2020-ci il oktyabrın 20-dən 2021-ci il aprelin 10-dək davam edəcək Dubayda keçiriləcək “Zehinləri birləşdirmək, gələcəyi yaratmaq” EXPO 2020 sərgisində Qazaxıstan pavilyonunun tikintisi üçün sahəsi 3,420 kvadratmetr olan ən böyük ərazilərdən biri ayrılıb.