Beynəlxalq maliyyə bazarlarında Şimali Koreyanın raket sınaqlarını yenidən bərpa edə biləcəyi ehtimallarının artması diqqət mərkəzindədir.
Şimali Koreya ilə ABŞ arasında danışıqların dayanması ilə bərabər eskalasiyanın yarana biləcəyi ehtimalları da hər gün artır. Belə ki, Asiya ölkəsi dekabrın 3-də ABŞ-a nüvə silahı proqramı razılaşması üçün ilin sonuna kimi yeni təkliflər üçün vaxt vermişdi və əks təqdirdə "yeni yol"-un seçiləcəyi, gələcək təkliflərdən asılı olaraq isə "gözlənilməz Yeni il hədiyəsinin" də olacağı ultimatumunu vermişdi. Bu isə beynəlxalq səviyyədə, xüsusilə də Cənubi Koreyada nüvə və uzun mənzilli raket sınaqlarının bərpa edilə biləcəyi narahatlıqlarını artırmağa başlayıb.
ABŞ prezidenti Donald Tramp isə narahatlıq fonunda çərşənbə axşamı suallara sakit yanaşıb. "Görək nə olur. Bəlkə gözəl hədiyyə nəzərdə tutulub. Hədiyyə raketsınağı əvəzində gözəl bir vaza da ola bilər", deyə Tramp deyib və əlavə edib ki, sürpriz çatdıqdan sonra onunla məşğul olacağını əlavə edib.
Qeyd etmək lazımdır ki, Çində baş tutan 8-ci üç tərəfli zirvə toplantısında isə Çin, Yaponiya və Cənubi Koreya qonşularının nüvəsizləşdirilməsi istiqamətində daha sıx işləyəcəklərini bəyan ediblər.
Donald Tramp isə tez-tez Kim Çen In ilə yaxşı münasibətlərinin olduğunu bildirir. Lakin iki tərəf arasında üç görüşdən sonra da Şimali Koreyanın nüvəsizləşdirilməsi istiqamətində hər hansı bir ciddi uğur əldə edilməyib.