DÜNYA

25 Dekabr

Çin 60 mlrd. dollarlıq ABŞ məhsullarını gömrük rüsumlarından azad edəcək

Çin hökuməti 60 milyard dollar dəyərindəki ABŞ məhsullarını gömrük rüsumlarından azad etmək üçün müzakirələr aparır.

Bu barədə Çinin Gömrük Baş İdarəsi məlumat verib.

Məlumata görə, Çin “uyğun zamanda” vergidən azadolma ilə bağlı siyahını açıqlayacaq.

Xatırladaq ki, bu ilin əvvəlində ticarət münasibətlərinin pozulmasından sonra Çin hökuməti 100 adda 60 milyard dollarlıq ABŞ məhsullarına gömrük rüsumları tətbiq edib.

©Report