Son otuz ildə iqtisadi artım sürəti ilk dəfə ən aşağı səviyyəyə düşən Çin hökuməti gömrük vergilərini ciddi şəkildə aşağı salmağı planlaşdırır. Vergi endirimləri istehlak malları, qabaqcıl texnologiyalar, kompüter çipləri, astma və diabet dərmanları, dondurulmuş donuz əti kimi 850 adda idxal mallarına şamil ediləcək. "Bloomberg" agentiliyinin hesablamalarına görə, endirimlər 389 milyard dollar həcmində idxal mallarını əhatə edəcək.
Çin Dövlət Şurasının açıqlamasında "Gömrük vergisi sahəsində təkmilləşdirmələrin idxal qiymətlərini azaltmağa və Çin bazarının xaricə açılmasını daha yüksək səviyyəyə çatdırmağa köməyi olacağı" bildirilib.
Dünyanın böyüklüyünə görə ikinci iqtisadiyyatına sahib olan Çinin vergi endiriminə getməsi ABŞ ilə ticarət müharibəsində saziş əldə edilməsi ilə əlaqələndirilir. Çin rəhbərliyi ABŞ-ın tənqidlərinin əksinə olaraq öz iqtisadiyyatının xaricə açıq olduğunu nümayiş etdirməyə çalışır. Bundan əlavə, rəsmi Pekin ABŞ ilə aparılan ticarət görüşmələrində öhdəsinə götürdüyü kimi ABŞ-dan idxalı artırmağın önünü açmağı planlaşdırır