DÜNYA

24 Dekabr

Demokratlar impiçment çərçivəsində Trampa qarşı yeni ittihamlar irəli sürə bilər

Demokratlar ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiq edilmiş maddələrə əlavə olaraq impiçment çərçivəsində Birləşmiş Ştatlar prezidenti Donald Trampa qarşı yeni ittihamlar irəli sürə bilərlər.

Fins.az xəbər verir ki, bu, Kolumbiya paytaxt dairəsinin Apellyasiya Məhkəməsinə Aşağı Palatanın Hüquq Komitəsi tərəfindən göndərilmiş sənəddə əksini tapıb.

Məlumata əsasən, Donald Trampın rəqibləri Ağ Evin sabiq hüquq məsləhətçisi Donald Makqanın ifadələrini dinləyib prezidentin mümkün sui-istifadə halları hərəkətlərinin üstünü açmağa ümid edirlər.

"Əgər Makqanın ifadələri nəticəsində Nümayəndələr Palatası tərəfindən təsdiq edilmiş maddələrdə əks olunmamış və prezident Trampın impiçmentini təsdiq edəcək yeni şəhadətnamələr ortaya çıxsa, komitə lazımi qaydada hərəkət edəcək", - deyə sənəddə vurğulanır.

Nümayəndələr Palatasının artıq Trampa qarşı ittihamın iki maddəsini təsdiq etməsinə baxmayaraq, Hüquq Komitəsində demokratlar Donald Makqanın məhkəmə vasitəsilə ifadələrinin alınmasına nail olmağa çalışmaqda davam edirlər. Əgər onlar bunu etməyə müvəffəq olsalar və komitə sonda ittihamın yeni maddələrini tövsiyə etsə, Nümayəndələr Palatasında impiçment üzrə yeni səsvermə keçirilə bilər.

© Report