Ağ Ev rəsmisi Mayk Daffi ABŞ və Ukrayna Prezidentləri Donald Tramp ilə Vladimir Zelenski arasındakı məlum telefon danışığından 91 dəqiqə sonra Pentaqonla əlaqə quraraq Kiyevə ABŞ hərbi yardımının verilməsini dayandırmağı əmr edib.
Fins.az xəbər verir ki, bu barədə “BBC” ABŞ Administrasiyası rəsmilərinin qeyri-kommersiya təşkilatı olan İctimai Dürüstlük Mərkəzi tərəfindən yayımlanan elektron məktublarına istinadən xəbər yayıb.
Daffi elektron poçtda ABŞ Müdafiə Nazirliyindən Administrasiyanın bölgü qərarını nəzərdən keçirmək planına uyğun olaraq yardımı dayandırmasını istəyib.
“İstəyin həssaslığını nəzərə alaraq, bu məlumatı təlimatları necə yerinə yetirməli olduğunu bilməli olanlarla sıx əlaqə saxladığınız üçün təşəkkür edirəm”, - deyə məktubda bildirilib.
Xatırladaq ki, naməlum bir məlumatçı Trampın bu il iyulun 25-də Zelenski ilə telefon danışığından narahatlığını ifadə etdikdən sonra Demokratlar sentyabrın 24-də Trampa qarşı impiçment prosesinə başlamışdılar. Söhbət əsnasında Trampın Zelenskini ABŞ-ın keçmiş vitse-Prezidenti Co Bayden və oğlu Hanterə qarşı istintaqa başlamağa, habelə ABŞ-ın 2016-cı il seçkilərinə Ukraynadan müdaxilə etdiyi iddia edilib. İddia olunurdu ki, Tramp Zelenskini ABŞ-ın Ukraynaya verdiyi hərbi yardımı donduracağı ilə hədələyərək ona təzyiq göstərir.
Dekabrın 19-da ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçmenti üzrə iki maddəyə (“Səlahiyyətləri aşma” və “Konqresin işinə mane olma”) səs verib. Bununla da Tramp ABŞ tarixində barəsində impiçment (yüksək vəzifəli şəxsi məsuliyyətə cəlbetməyin yolu) elan edilən üçüncü prezident olub.
İndi Amerika qanunlarına görə Senatda dinləmələr, sonra isə impiçment məsələsinə dair səsvermə keçirilməlidir. Məhkəmənin 2020-ci ilin əvvəlində baş tutacağı gözlənilir.
Hazırda ABŞ Senatındakı üzvlərin əksəriyyəti respublikaçılardan ibarətdir, buna görə çox güman ki, bu mərhələdə prezidentin hakimiyyətdən uzaqlaşdırılması proseduru bloklanacaq.