Beynəlxalq Enerji Agentliyinin (UEA) sədri Fateh Birol dünyada enerjidə bir bolluq dövrünə girildiyini, bu səbəbdən dünyadakı enerji qiymətlərinin son dərəcə məqbul səviyyələrdə olduğunu bildirib.
Fins.az xəbər verir ki, Birol, "neftdə, təbii qazda, günəşdə artıq təklif bazara daxil olur. Neftdə ABŞ-dan Kanadadan, Braziliyadan sürətli bir şəkildə neft bazara axacaq. ABŞ-dan, Rusiyadan, Qatardan, Avstraliyadan daha çox təbii qaz bazara axacaq. Bunun nəticəsində dünyadakı enerji qiymətləri son dərəcə məqbul səviyyələrdədir. Məsələn, təbii qaz qiymətləri dünyada 4 - 5 il əvvəlkinə nisbətən yarı yarıya düşmüş vəziyyətdədir. Neft qiymətləri Səudiyyə Əəbistanına terrort hücumu, Venesuelada istehsalın düşməsi kimi hadisələrə baxmayaraq il boyunca 60 dollar ətrafında qaldı. Bu da idxalatçı ölkələr üçün çox gözəl bir xəbərdir" ifadələrini istifadə edib.
"TƏKLİF TƏLƏBDƏN ÇOXDUR"
Neft təklifinin tələbdən çox olduğunu, bu səbəbdən də qiymətlərin çox yüksəlmədiyini qeyd edən Birol, "Əgər Orta Şərqdəki, İran, Səudiyyə Ərəbistanı, Liviyadakı hadisələr keçmişdə olsaydı qiymətlər yuxarı sıçrayardı" şəklində danışıb.
Birol OPEC-ə üzv olmayan ölkələrin istehsaldakı payının artması ilə OPEC-in dünyaya neft qiyməti diktə etmək qabiliyyətinin də ciddi azaldığını bildirib.
"QİYMƏTLƏR MƏQBUL SƏVİYYƏLƏRDƏ QALACAQ"
Mövcud vəziyyətdə neft qiymətlərinin məqbul səviyyələrdə qalacağını nəzərdə tutan Birol, "Dünya iqtisadiyyatı kövrək bir dövrdən keçir. Çin kimi ölkələr aşağı artım göstərir, buna baxmayaraq neft qiymətlərinin son dərəcə aşağı olması yaxşı bir xəbərdir", - deyib.
© MArja