Fins.az 2019-cu ilin 19 ən mühüm hadisəsini təqdim edir
1. Proqnozlara əsasən, 2020-ci ildə ABŞ elektoratı arasında latın amerikalılar çoxsaylı irqi və ya etnik azlıq qrup olacaq, sayına görə səsvermə hüququna malik qaradərili seçiciləri ilk dəfə geridə qoyacaq. Səsvermə hüququna malik seçicilər arasında qaradərilərlə müqayisədə latın amerikalıların 13% çox olacağı gözlənilir.
2. Amerikada xristianlıq sürətlə zəfiləyir. “Pew Research Center”-in 2018-2019-cu illərdə keçirdiyi telefon sorğuları nəticəsində məlum olub ki, ABŞ-da yetkinlik yaşına çatmış vətəndaşların üçdə ikisi (65%) özünü xristian adlandırır. Bu göstərici 2009-cu illə müqayisədə 12% aşağı düşüb. Eyni zamanda dinə münasibətini ateizm, aqnostisizm və ya “konkret heç nə” kimi təsvir edən, mömin olmayan vətəndaşların sayı 26%-ə çatıb. Halbuki 10 il əvvəl bu göstərici 17% təşkil edib.
3. ABŞ daha ən çox qaçqın qəbul edən ölkələrin siyahısına başçılıq etmir. Kanada ötən il 2017-ci ildə olduğu kimi 28 min qaçqın qəbul edib. ABŞ isə sadəcə 23 min. Bir il öncəki göstərici 33 min təşkil edib. Bu, ABŞ-ın 2016-cı ildə nümayiş etdirdiyi maksimumdan (97 min nəfər) çox aşağıdır. Əvvəllər ABŞ hər il digər ölkələrin hamısından birlikdə daha çox qaçqın qəbul edib.
4. ABŞ-Çin arasında davam edən ticarət müharibəsi fonunda Çinə mənfi münasibət bəsləyən amerikalıların sayı 14 ildə ilk dəfə maksimuma çatıb. Ötən ilki 47%-lik göstərici ilə müqayisədə indi ABŞ-da hər 10 nəfərdən altısı Çinə mənfi münasibət bəsləyir. Bu, araşdırma mərkəzinin 2005-ci ildə ölkə əhalisi arasında sorğu keçirməyə başladığı vaxtdan bəri ən yüksək göstəricidir.
5. Berlin divarı dağıldıqdan 30 il sonra Avropanın bir çox kommunist ölkəsində insanlar hesab edir ki, həyat səviyyəsi xeyli yaxşılaşıb. 1991-ci ildən bəri 1989-1991-ci illərdə regionda baş verən dəyişikliklərin region ölkələrinin həyat səviyyəsinə müsbət təsir etdiyini düşünənlərin sayı artıb.
6. Xaricdə doğulan ABŞ əhalisinin nisbəti 1910-cu ildən bəri ən yüksək səviyyədədir. 2017-ci ildə ABŞ əhalisinin təxminən 14% -i başqa ölkədə doğulan insanlar olub. Və son illər bu rəqəm durmadan artır. ABŞ-da 44 milyondan çox mühacir yaşayır. Bu da dünyanın istənilən ölkəsindən daha çoxdur.
7. Amerikalı veteranların əksəriyyəti, eləcə də ABŞ-dakı geniş ictimaiyyət İraq və Əfqanıstandakı müharibələrin göstərilən səylərə dəymədiyini hesab edir. Veteranlar arasında 64% İraqdakı müharibənin həmin mübarizədə iştirak etməyə dəymədiyini bildirib. Əfqanıstan müharibəsi haqqında belə düşünənlərin sayı 58% -dir.
8. Amerikalıların çoxu düşünür ki, gündəlik həyatda korporativ və dövlət strukturları vətəndaşlar haqqında informasiya toplayır. Ölkə vətəndaşları hesab edir ki, onların internet və real həyatdakı bəzi addımları şirkətlər və hökumət tərəfindən izlənilir və onlara nəzarət edilir.
9. ABŞ-da qəzetlərin tirajı 1940-cı ildən (ilk məlumatlar həmin ilə təsadüf edir) bu yana ən aşağı səviyyəyə düşüb. Ötən il həm kağız, həm rəqəmsal formatda qəzetlərin ümumi gündəlik tirajı həftəiçi təxminən 28,6 milyon, istirahət günləri isə 30,8 milyon təşkil edib. Bu rəqəmlər növbəti il müvafiq olaraq 8% və 9% zəifləyib, hazırda qeydə alınan minimal göstəricidə qərarlaşıb.
10. Amerikalıların üçdə ikisi marixuananın leqallaşdırılmasını dəstəkləyir - bu istiqamətdə kəskin bir dönüş iyirmi il əvvəl baş verib. Hələ də federal qanunlarla qadağan edilən narkotikin leqallaşdırılmasını kişilərin və qadınların çoxu; yetkinlik yaşına çatmış ağdərililər, qaradərililər və latın amerikalılar; demokratlar və Demorkatlar Partiyasını dəstəkləyənlər, respublikaçılar və Respublikaçılar Partiyasına simpatiyası olanlar dəstəkləyir (hərçənd respublikaçılarla müqayisədə demokratlar arasında bu dəstək daha böyükdür: 55% qarşı 78%).