DÜNYA

19 Dekabr

Sürətlə azalan sənaye indeksi

Beynəlxalq maliyyə bazarlarında ABŞ-ın sənaye sektorunu ölçən indeks proqnozlaşdırılandan daha çox azalması mənfi qarşılanıb.Amerika Mərkəzi Bankının (FED) Filadelfiya üzrə ofisinin bu günə açıqlayacağı rəsmi məlumatlara görə, Filadelfiyada fəaliyyət göstərən 250 fabrik arasında aparılan sorğunun nəticələri üzrə orta indeks, dekabr ayında 10.4 punktdan 0.3 punkta qədər azalıb. Mütəxəssislər isə yalnız 8 punkta kimi azalma proqnozlaşdırırdılar. 

Göstərici cari ilin birinci yarısında yüksələrək, 21.8 punkt ilə maksimumunu yenilədikdən sonra avqustda yenidən azalmağa başlayıb. 

Qeyd etmək lazımdır ki, fundamental göstəricilərin ehtimallardan daha sürətlə zəifləyirsə, bu, ölkə iqtisadiyyatında gizli risklərin göstəricisidir.