Gürcüstanda maye qazın qiyməti 30 tetri (18 qəpik) bahalaşıb.
Maye qazın bahalaşmasına səbəb daxili bazarda təlabatın kəskin artmasıdır.
Qonşu ölkədə bu növ yanacaqdan istifadə edən avtomobillərin sayı 7 mindən çoxdur. Üç il öncə bu cür nəqliyyat vasitələrinin sayı isə minə yaxın olub.
Bu ilin yayında maye qazın bir kubmetrinin qiyməti 90 tetri (53 qəpik) təşkil edirdisə, hazırda bu yanacaq növü 1.20 lariyə (70 qəpik) təklif olunur.
©Report