DÜNYA

18 Dekabr

“Bloomberg” cərimələnib

Fransa hökuməti “Bloomberg” agentliyini 5 milyon avro məbləğində cərimələyib. Bildirilir ki, rəsmi Paris agentliyi yalan informasiya yaymaqda ittiham edib. İnsidentin 3 il əvvəl baş verdiyi bildirilib. Belə ki, agentliyin Fransanın ən böyük tikinti şirkətlərindən birində böyük pozuntular olmasıyla bağlı informasiyası kompaniyanın aksiyalarının kəskin şəkildə dəyər itirməsinə səbəb olub.

Xəbəri TASS yayıb.