DÜNYA

17 Dekabr

Avrozona ticarətində gözlənilməz MÜSBƏT DİNAMİKA

Avrozonanın xarici ticarətində müsbət saldo proqnozlaşdırılanın əksinə olaraq artıb. Avropanın statistika mərkəzinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, ticarət balansında müsbət saldo oktyabr ayında 28 milyard avroya yükəslib. Bu göstərici sentyabrda 18.7 milyard avro idi və oktyabrda 17 milyard avroya düşməsi proqnozlaşdırılırdı. 

Bunun əsas səbəbi isə ixracın 218 milyard avro ilə son 19 ilin maksimumuna yüksəlməsi olub. Bununla yanaşı, idxal da 190 milyard avroya (son bir ilin maksimumu) kimi artım müşahidə edilib. 

Qeyd etmək lazımdır ki. ixracda artım qlobal iqtisadiyyatın, idxal isə daxili bazarın tendensiyasından xəbər verir.